400 min avroluq hücumçu Azərbaycan klubuna keçə bilər

13:36 - 31 Mart 2023

Albaniyanın "Tirana" klubunda çıxış edən Florent Hasani karyerasını Azərbaycanda davam etdirə bilər.

Sportal.az xəbər verir ki, 24 yaşlı forvardla Türkiyə və Azərbaycan klubları maraqlanır. Bu barədə Albaniya mətbuatı məlumat yayıb. 25 yaşlı hücumçunun yayda paytaxt klubunu tərk edəcəyi gözlənilir.

Kosovolu futbolçunun "transfermakt"da dəyəri 400 min avro göstərilir.

Qeyd edək ki, Florent Hasani mövsümün əvvəlindən "Tirana"da çıxış edir. Kosovo millisinin üzvü komandanın heyətində meydana çıxdığı 32 rəsmi matçda 13 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti