"Neftçi" millimizin üzvü üçün hərəkətə keçdi

18:18 - 31 Mart 2023

21 yaşlılardan ibarət Azərbaycan millisinin formasını geyinən Murad Vəliyevin ölkəmizdə oynaması yayda reallaşa bilər.

Sportal.az saytına verilən məlumata görə, “Neftçi” adıçəkilən futbolçu üçün hərəkətə keçib.

Hazırda Estoniyada “Levadiya” forması geyinən həmyerlimizin komandası ilə müqaviləsi 2024-cü il dekabrın 31-də başa çatacaq.

“Neftçi” 21 yaşlı futbolçunu yayda heyətinə qatmaq istəyir.

Əgər danışıqlar müsbət yekunlaşsa, keçid yayda reallaşacaq.
 

Xəbər xətti