"Napoli"nin aparıcı üzvü "Milan"la matçda meydana çıxmayacaq

19:21 - 1 Aprel 2023

İtaliya A Seriyasının 28-ci turunda "Milan"la qarşılaşacaq "Napoli" matça ciddi itki ilə çıxacaq.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırda A seriyasının lideri olan neapollular Viktor Osimhenin xidmətindən istifadə edə bilməyəcək.

Nigeriyalı hücumçunun əzələsində problem yarandığı üçün bir neçə həftə meydanda olmayacaq.

Osimhen hazırda 21 qolla çempionatın bombardiridir.

"Napoli" - "Milan" matçı sabah Bakı vaxtı ilə 22:45-də başlanacaq.

Xəbər xətti