İngiltərə klubu sabiq "Qarabağ"lı ilə bağlı qərar verdi

18:55 - 24 May 2023

İngiltərənin "Sauthempton" klubu baş məşqçi Ruben Selleslə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi mövsümün sonunda müqaviləsi başa çatan ispan mütəxəssislə yollarını ayıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

37 turdan sonra 24 xal toplayan "Sauthempton"un İngiltərə Premyer Liqasını tərk edəcəyi dəqiqləşib.

Qeyd edək ki, Ruben Selles Azərbaycanda "Qarabağ" və "Neftçi"də fiziki hazırlıq üzrə məşqçi kimi çalışıb.

Xəbər xətti