"Borussiya" alman futbolçunun müqaviləsini uzatdı

19:33 - 24 May 2023

Almaniyanın "Borussiya" klubunda yeni müqavilə qeydə alınıb.

Sportal.az xəbər verir ki, Dortmund təmsilçisi Mats Hummelslə yeni sözləşmə imzalayıb. Bu barədə Bundesliqa klubunun mətbuat xidməti məlumat yayıb. 34 yaşlı mərkəz müdafiəçisinin mövsümün sonunda başa çatmalı olan müqaviləsinin müddəti 2024-cü ilin yayına kimi uzadılıb.

Qeyd edək ki, "Borussiya" Mats Hummelsi 2019-cu ilin yayında "Bavariya"dan transfer edib. Almaniya millisinin sabiq üzvü cari mövsümdə komandanın heyətində meydana çıxdığı 37 rəsmi matçda 1 qol vurub.

Xəbər xətti