Tanınmış klub amerikalı ilə anlaşdı

17:38 - 5 İyun 2023

"Monako"nun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Sportal.az "FootMercato"ya istinadən xəbər verir ki, knyazlıq klubu Cessi Alan Marşla anlaşıb.

Filip Klemanla yollarını ayırmış Fransa Liqa 1 təmsilçisi 49 yaşlı amerikalı ilə iki illik müqavilə imzalanacaq.

ABŞ millisinin veteran futbolçusu “Monreal İmpakt”, “Nyu-York Red Bullz”, “Leyptsiq”, “Zalsburq” və “Lids”də işləyib.

Xəbər xətti