"Borussiya" əlcəzairli ilə gücləndi

20:16 - 5 İyun 2023

Almaniyanın "Borussiya" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Dortmund təmsilçisi Münhenqladbax "Borussiya"sından ayrılan Rami Bensebainini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Rami Bensebaini 2019-cu ildən formasını geyindiyi Münhenqladbax təmsilçisinin heyətində son mövsümdə meydana çıxdığı 30 rəsmi matçda 7 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti