Məhəmməd Salah yanvarda "Liverpul"dan ayrılsa onu kimin əvəzləyəcəyi müəyyənləşib.
Sportal.az xəbər verir ki, Mersisayd təmsilçisi misirli futbolçununun yerini "Real"da çıxış edən Rodriqo ilə doldurmağı planlaşdırır. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
"Qırmızılar"ın rəhbərliyi braziliyalı hücumçu üçün Madrid klubuna cəlbedici təklif göndərmək niyyətindədir.
Qeyd edək ki, Məhəmməd Salahın qış transfer pəncərəsi zamanı Səudiyyə Ərəbistanı klublarından birinə keçəcəyi iddia olunur.