Futbol üzrə Azərbaycan II Liqasında IV tura yekun vurulub.
Sportal.az xəbər verir ki, bu gün "Dinamo" öz meydanında "Füzuli"ni qəbul edib. Qarşılaşma qonaqların 4:3 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 9-a yüksəldən "Füzuli" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 6 xalı olan "Dinamo" isə 7-ci yerdədir.
"Dinamo" - Füzuli" 3:4
Qollar: Sadiq Hüseynli, 54, Valeh Seyidov, 67, 78 - Sergey Merkalov, 43, Əziz Hüseynov, 84, 90+2, Kənan Mirzəliyev, 90