"Qarabağ" - "Hekken" oyununun biletləri satışa çıxarıldı

13:17 - 28 Noyabr 2023

Avropa Liqasının H qrupunun 6-cı turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Hekken" oyunun biletləri satışa çıxarılıb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlərin qiymətləri sektordan asılı olaraq 5, 20, 40, 100 və 250 manatdır.

Bu gün biletləri iTicket.az saytından əldə etmək mümkün olacaq.

Daha sonra biletlər “Baku Park Bulvar” ticarət mərkəzinin “Qarabağ”ın fan-şopunda, həmçinin Tofiq Bəhramov adına stadionun və Heydər Əliyev Sarayının kassalarında satışa çıxarılacaq.

“Qarabağ” - “Hekken” matçı dekabrın 14-də adıçəkilən arenada keçiriləcək və saat 21:45-də başlayacaq.

Xəbər xətti