"Turan Tovuz" Azərbaycan Kubokunun II təsnifat mərhələsində "Göygöl"ü 5:1 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib.
Qərb bölgəsi təmsilçisinin baş məşqçisi Ayxan Abbasov qarşılaşmadan sonra fikirlərini Sportal.az saytı ilə bölüşüb:
- Matç haqda fikirlərinizi bildirərdiniz...
- Bilirdik ki, II Liqa komandası motivasiyalı olacaq. Onlar üçün Premyer Liqa komandasına qarşı oynamaq yaxşı təcrübədir. Az şans qazanan oyunçulara şans vermək istədik. İkinci hissədə akademiyanın gənclərini meydana buraxdıq. Futbolçularım əllərindən gələni etdilər. "Göygöl"ü yaxşı oyuna görə təbrik edirəm, onlara uğurlar arzulayıram.
- Növbəti mərhələdə "Zirə" ilə qarşılaşacaqsız. Şanslarınızı necə dəyərləndirirsiniz?
- Bu mərhələ bir oyundan ibarətdir. Bu, işimizi bir az çətinləşdirir. "Zirə" çempionatın liderlərindəndir. Səfərdə çətin olacaq. Amma komandama həmişə inanıram. Əlimizdən gələni edəcəyik.
- "Göygöl"ün sizə qarşı oyununu necə dəyərləndirirsinzi?
"Göygöl"ə çox sağ ol düşür, yaxşı mübarizə apardılar. Belə oyunlar onlar üçün stimuldur.
- Bu qələbə çempionatda enişdə olan komandanıza ruh yüksəkliyi verəcək?
- Bu oyun psixoloji cəhətdən komandaya kömək edə bilər. Çempionatda enişlər olur. Əsas futbolçulara inamdır. Bu durumdan çıxmağa çalışacağıq.
- Kubokda hədəfiniz nədir?
- Ötən mövsüm kubokda yarımfinal oynamışdıq, çox yaxşı püşk olmuşdu. Çətin və maraqlı oyunlar oldu. Bu il bizim üçün daha çətindir. Kim finalda oynamaq istəməz ki? Maksimumu etməyə çalışacağıq. Bu il klub olaraq daha da böyümək, iddialı olmaq yönündə işlər gedir.
Mirbağırağa
saytlarin hazirlanmasi