"Qarabağ"da oynamış müdafiəçi klubsuz qaldı

12:49 - 11 Fevral 2024

"Qarabağ"ın sabiq müdafiəçisi Donald Gerye hazırda özünə komanda axtarır.

Sportal.az xəbər verir ki, haitili futbolçu son olaraq müqavilə imzaladığı Litvanın "Panejevis" klubundan da ayrılıb.

Panejevis təmsilçisi Gerye ilə yoluna davam etmək istəməyib.

34 yaşlı futbolçu ölkəmizdə "Qarabağ" (2017-2019, 2020-2021), "Neftçi" və "Zirə" komandalarında oynayıb. 

Bununla yanaşı, haitili “Visla”(Krakov), “Alanyaspor”, “Apollon”(Limassol), “Veçista”, “Olimpiakos”(Nikosiya) komandalarının formasını geyinib.

Xəbər xətti