Azərbaycan Premyer Liqasında çıxış etmiş azsaylı isveçlilərdən olan Sebastyan Kastro-Tello Sportal.az saytına açıqlama verib.
Vaxtı ilə “Rəvan”ın formasını geyinmiş İsveçin U-21 yığmasının sabiq üzvü 2024/2025 mövsümündə Millətlər Liqasında Azərbaycan və İsveçin eyni qrupda mübarizə aparmasına münasibət bildirib:
"Məncə, Azərbaycanın İsveçlə görüşlərdə qalib gəlməsi üçün yaxşı şansı var. Çünki İsveç millisi baş məşqçisini dəyişib, hər şey yenidən qurulacaq. Amma təbii ki, İsveç millisinin üzvləri Azərbaycandan yığmasından revanş almaq istəyəcəklər. Çünki Bakıda məğlub olmuşdular. Lakin istənilən halda, Azərbaycanın daha inamlı oynayacağını düşünürəm".
Hazırda futbol agenti kimi çalışan Tello "Yurqorden"in formasını geyinən Azərbaycan millisinin forvardı Musa Qurbanlının performansı haqda da danışıb: "Musa ötən mövsüm çox yaxşı çıxış etmişdi. Yəqin ki, bu il daha da yaxşı oynayar".
İsveçin U-21 yığmasının sabiq üzvü “Hammarbü”, “Degerfors”, “Nakka” klublarında da oynayıb.
Mirbağırağa
saytlarin hazirlanmasi