Azərbaycan klubu “Monpelye"nin formasını geyinmiş forvarda yeni müqavilə təklif edəcək

14:49 - 11 Fevral 2024

"Sumqayıt" aparıcı forvardı olan Kasimir Ninqanı buraxmaq fikrində deyil.

Sportal.az saytına verilən məlumata görə, Premyer Liqa klubu Çad millisinin hücumçusunun müqavilə müddətini artırmaq niyyətindədir.

Ninqanın “kimyaçılar”la müqavilə müddəti mövsümün sonunda başa çatacaq. Tərəflər arasında danışıqların davam etdiyi bildirilir.

Yayda Azərbaycana gələn afrikalı forvard performansına görə bir neçə klubumuzun diqqətini də çəkib. Onun daha bir il komandada qalacağı gözlənilir.

30 yaşlı forvard karyerası ərzində “Monpelye”, “Kan”, “Anjer”, “Sivasspor”, “Anortosis” klublarında oynayıb.

Xəbər xətti