"Kəpəz"in yeni transferi: "Birinci Liqa ilə Premyer Liqa arasında fərq hiss olunur"

15:34 - 11 Fevral 2024

"Kəpəz"lə danışığımız oldu. Öncə baxışa gəldim, sonra müqavilə imzaladım. "İrəvan"dan çoxdan idi ki, ayrılmışdım. Heç onda "Kəpəz"ə gəlməyimlə bağlı danışıqlar olmamışdı". Bu sözləri Sportal.az saytına açıqlamasında "Kəpəz"in yeni transferi Ədilxan Qarəhmədov deyib.

Gəncə klubunun futbolçusu yayda Birinci Liqada oynamaq qərarı verdiyi üçün peşman olub-olmamasına aydınlıq gətirib: "Peşmançılıq deməzdim. Çünki birinci liqaya məcburiyyətdən getmişdim. Bəlkə də, gözləməliydim. Ancaq belə alınmışdı. Hazırda "Kəpəz"dəyəm və əlimdən gələni edəcəm ki, komandaya xeyir verim. Əsas heyətə düşüb-düşməmək özümdən asılıdır. Burada baş məşqçimiz oyunçular arasında fərq qoymur, hamı ilə eynidir. Kim yaxşıdırsa, o da oynayır. Mən də komandada möhkəmlənməyə çalışacam".

U-21 yığmamızın sabiq üzvü Premyer Liqa və Birinci Liqa arasında müqayis aparıb: "Birinci Liqada daha çox güc futboluna üstünlük verirlər. Premyer Liqada isə daha çox taktiki gedişlər üstünlük təşkil edir. Yəni, bu iki liqa arasında fərq hiss olunur. 

Qarəhmədov, "Kəpəz"in Premyer Liqada qalmaq şanslarından da söz açıb: "Bu mövsüm Premyer Liqada qalacağıq. Komandamız çox yaxşı təsir bağışlayır. Adil müəllimin gəlişindən sonra oyunçularda da ruh yüksəkliyi, özünəinam çox artıb. Hər şeyin yaxşı olacağına inanıram".

Mirbağırağa

Xəbər xətti