Fransa millisinin və PSJ-nin hücumçusu Randal Kolo Muani 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının finalında Argentina ilə oyunun əlavə vaxtının son dəqiqəsində qol epizodunu reallaşdıra bilməməsini xatırlayıb.
Sportal.az xəbər verir ki, “Onze Mundial”a danışan forvard bunları deyib:
"Mən həmişə dünya çempionatının finalında təkbətək epizodu qola çevirə bilməyən, finalda qol vura bilməyən futbolçu kimi əbədi olaraq qalacam. Bu, ömrümün sonuna qədər mənimlə qalacaq. Karyeram bitəndə belə, insanlar mənimlə bu barədə danışacaqlar. Həmin epizodu xatırlayanda, təbii ki, özümü hələ də pis hiss edirəm".
Xatırladaq ki, görüşdə hesab 3:3 olarkən Kolo Muani təkbətək epizodu qola çevirə bilməmişdi. Argentina millisi isə penaltilər seriyasında Fransanı 4:2 hesabı ilə məğlub edərək dünya çempionu adını qazanmışdı.
saytlarin hazirlanmasi