Bu futbolçu "Mançester Yunayted"də qalmayacaq

18:53 - 26 Fevral 2024

"Mançester Yunayted" mövsümün əvvəlində "Fiorentina"dan icarəyə götürdüyü Sofyan AMrabatla bağlı qərar verib.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi mərakeşli yarımmüdafiəçini komandada saxlamayacaq. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Qırmızı şeytanlar"ın məşqçilər korpusu Amrabatın performansından məmmun deyil. 27 yaşlı orta xətt oyunçusu yayda "Fiorentina"ya qayıdacaq.

Qeyd edək ki, Sofyan Amrabat "Mançester Yunayted"in heyətində 19 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti