Kriştiano Ronaldo cərimələndi, diskvalifikasiya olundu

15:49 - 29 Fevral 2024

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştiano Ronaldo ötən həftə matç zamanı etdiyi jest səbəbilə cərimələnib və bir oyunluq diskvalifikasiya olunub.

Sportal.az "Al Jazeera"ya istinadən xəbər verir ki, fevralın 25-də "Əl-Nasr" səfərdə bu krallığın digər klubu “Əl-Şəbab”ı məğlub edib (3:2). 

Final fitindən sonra portuqaliyalı əlini qulağına aparıb, daha sonra ədəbsiz jest edib. Bu jest oyun zamanı argentinalı hücumçu Lionel Messinin adını qışqıran rəqib azarkeşlərə ünvanlanıb. Ertəsi gün federasiya bu jestinə görə portuqala qarşı araşdırmaya başlamışdı.

Qeyd olunur ki, futbolçu federasiyanın İntizam Komitəsinin reqlamentini pozduğuna görə diskvalifikasiya edilib. Ronaldo 50 min səudiyyə rialı (13,2 min dollar) “Əl-Şabab”a, daha 10 min rial isə (2,6 min dollar) Səudiyyə Ərəbistanı Futbol Federasiyasına cərimə ödəniləcək.

Xəbər xətti