Bu gün Gəncədə AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Sportal.az AFFA-ya istinadən xəbər verir ki, AFFA-nın Növbəti Hesabat-Seçki Konfransı aprelin 2-nə təyin edilib.
Müvafiq müraciətə əsasən, adları aşağıda göstərilmiş futbol veteranlarına AFFA-nın təqaüdü veriləcək:
- İsmayıl Əliyev
- Esmiralda Ələkbərova (həkim)
- Gəray Qarayev
- İqor Ponomaryov
- Vaqif Sadıqov
- Maşallah Əhmədov
Qeyd edək ki, “Kəpəz” Futbol Akedemiyasının tikintisilə bağlı İcraiyyə Komitəsinə hesabat təqdim edilib.
İclasın sonunda AFFA-nın prezidenti Rövnəq Abdullayev öz istəyi ilə aprelin 2-də keçiriləcək Hesabat-Seçki konfransında namizədiyini irəli sürməyəcəyini bildirib.
saytlarin hazirlanmasi