Azərbaycan millisi reytinqdə irəlilədi

16:48 - 3 Mart 2024

Kişi basketbolçulardan ibarət Azərbaycan milli komandası FİBA-nın yenilənmiş reytinq cədvəlində 13 pillə irəliləyib.

Sportal.az xəbər verir ki, hesabında 80 xal olan komandamız 160 millinin yer aldığı siyahıda 105-ci pillədədir. 

Millimiz uzun fasilədən sonra FİBA-nın reytinq cədvəlində irəliləməyi bacarıb və bu göstərici bütün yığmalar arasında irəliləyiş baxımından ən yaxşı göstəriciyə malikdir.

Qeyd edək ki, Tahir Baxşıyevin rəhbərlik etdiyi kolletkiv fevralda dünya çempionatının seçmə mərhələsi çərçivəsində İsveçrəyə 53:72 uduzub, Bakıda Kosovoya 87:77 qalib gəlmişdi.

Xəbər xətti