"Mançester Siti"dən rekord göstərici

14:17 - 4 Mart 2024

İngiltərə Premyer Liqasının 27-ci turunda "Mançester Siti" "Mançester Yunayted"i evdə 3:1 hesabı lə məğlub edib.

Sportal.az xəbər verir ki, "şəhərlilər" bu qələbə sayəsində ardıcıl olaraq evdəki 55 oyunda qol vurmağı bacarıb. 

Bu nəticə klub üçün rekorddur.

"Mançester Siti" son dəfə 2022-ci il martın 9-da Çempionlar Liqasında "Sportinq"lə görüşdə heç-heçə oynamışdı(0:0).

"Mançester Siti" martın 6-da ÇL-in 1/8 final mərhələsinin cavab görüşü çərçivəsində "Kopenhagen"i qəbul edəcək. 

Xəbər xətti