"Mançester Siti" Braziliya millisinin üzvünü transfer etmək istəyir

11:11 - 17 Mart 2024

"Mançester Siti" "Nyukasl"ın futbolçusu Bruno Gimarayeş mübarizəyə girib.

Sportal.az "The Mirror"a istinadən xəbər verir ki, "şəhərlilər" PSJ-nin transfer siyahısında yer alan braziliyalı yarımmüdafiəçi üçün 127,5 milyon dollar ödəməyə hazırdır.

PSJ isə 115 milyon avro ödəməyə hazır olduğu bildirilmişdi.

Braziliyalı yarımmüdafiəçi bu mövsüm 39 oyun keçirib, 3 qol vurub və 7 məhsuldar ötürmə edib.

Onun "Nyukasl"la müqavilə müddəti 2028-ci ilə qədərdir.

Xəbər xətti