"Biz onun "Mançester Siti"də qalmasını istəyirik"

14:47 - 18 Mart 2024

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Bernardo Silvanın klubdan ayrılmasını istəmir.

Sportal.az “Goal.com”a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis uzun illər Silvanı sərəncamında görmək niyyətindədir:

"Hamı Bernardonu çox sevir. Onun bizimlə qalmasını istəyirik. Bu, komanda üçün çox vacibdir. Uzun illər də “Siti”də qalmasını çox istəyirik".

29 yaşlı portuqaliyalı futbolçu 2017-ci ildə “Monako”dan “Mançester Siti”yə keçib. Onun İngiltərə klubu ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.

Xəbər xətti