"Beşiktaş" onunla bağlı qərarını verdi

10:18 - 19 Mart 2024

"Beşiktaş" Fernando Santosla yoluna davam etmək qərarı verib.

Sportal.az xəbər verir ki, İstanbul klubunun rəhbərliyi mövsümün sonuna qədər portuqaliyalı mütəxəssislə işləyəcək.

Hətta "Beşiktaş" mövsümü üçüncü pillədə başa vurarsa, yeni mövsüm də komandanı Santos çalışdıracaq.

Türkiyə mətbuatı Fernando Santosun istefaya göndəriləcəyi və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun namizədlər arasında olduğunu iddia edirdi. 

Xəbər xətti