"Barselona" oynamaq istədiyim yeganə Avropa klubudur"

13:39 - 24 Mart 2024

"Mançester Siti"dən icarə əsasında “Barselona”ya keçmiş Joao Kanselo karyerası ilə bağlı planlarından danışıb.

Sportal.az xəbər verir ki, “A Bola” nəşrinə danışan portuqaliyalı futbolçu Kataloniya klubunda xoşbəxt olduğunu dilə gətirib:

"Barselona" mənim oynamaq istədiyim yeganə Avropa klubudur. Əvvəl də belə idi, indi də”.

“Benfika”nın 29 yaşlı yetirməsi “Valensiya”, “İnter”, “Yuventus”, “Mançester Siti” və “Bavariya” klublarında oynayıb.

Xəbər xətti