"Zirə" millimizin sabiq üzvü ilə anlaşdı

17:22 - 24 Mart 2024

"Zirə" yeni oyunçu ilə müqavilə imzalayıb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Araz Abdullayev mövsümün sonuna qədər qəsəbə klubunda oynayacaq. 

"Zirə" mövsümün sonunda 31 yaşlı yarımmüdafiəçi ilə müqavilə müddətini artıra bilər.

Araz Abdullayev karyerası ərzində "Neftçi", “Qəbələ”, “Qarabağ”, “Sumqayıt”, “Everton”, “Panionis”, “Anortosis”, “Etnikos”, “Boluspor”, "Lapi" klublarında çıxış edib. 

Xəbər xətti