Azərbaycanlı forvard Gürcüstan yığmasına cəlb edildi, Portuqaliyaya qarşı oynayacaq

12:17 - 25 Mart 2024

"Dinamo"nun əvəzedici heyətinin əslən Azərbaycandan olan forvardı Yusuf Mehtiyev bu dəfə Gürcüstanın U-18 yığmasına cəlb edilib.

Sportal.az saytına verilən məlumata görə, bu ay Gürcüstanın U-19 yığmasına dəvət olunmuş forvard indi isə U-18 yığmasına kömək edəcək. O, Laşa Pirtsxalaişvilinin rəhbərlik etdiyi kollektivin heyətində Portuqaliyaya yollanıb.

O, burada Portuqaliya, Danimarka, Mərakeş yığmalarına qarşı keçiriləcək yoxlama görüşlərində iştirak edəcək.

Xatırladaq ki, AFFA Mehtiyevi U-19 yığmamıza cəlb etmək istəsə də, sənəd məsələlərini həll edə bilmədiyi üçün onun millimizdəki çıxışı reallaşmamışdı. 
 

Xəbər xətti