"Qarabağ"a 3 qol vuran hücumçu "Beşiktaş"a keçə bilər

13:49 - 29 Mart 2024

Türkiyənin "Beşiktaş" klubu yeni mövsüm üçün hücum xəttini gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin əsas hədəfi "Bayer"də çıxış edən Patrik Şikdir. Bu barədə yerli mətbuat məlumat yayıb.

"Qara qartallar" çexiyalı hücumçunu icarəyə götürmək və ya birdəfəlik transfer etmək variantları üzərində işləyir.

Qeyd edək ki, "Bayer" Patrik Şiki 2020-ci ilin nyayında "Roma"dan transfer edib. 28 yaşlı forvard bu mövsüm Avropa Liqası 1/8 final mərhələsinin oyunlarında "Qarabağ"a 3 qol vurub.

Xəbər xətti