"Mançester Siti" portuqaliyalı üçün ərəblərlə mübarizə aparacaq

19:49 - 11 Aprel 2024

"Mançester Siti" "Vulverhempton"un futbolçusu Pedro Netonu heyətinə qatmağı planlaşdırır.

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, "şəhərlilər"in çalışdırıcısı Xosep Qvardiola portuqaliyalı yarımmüdafiəçini şəxsən sərəncamında görmək istəyir.

Amma Mançester təmsilçisinin işi asan olmayacaq. Məsələ orasındadır ki, "Əl-Hilal" Neto üçün hərəkətə keçib.

24 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 2 qol vurub və 9 məhsuldar ötürmə edib.

Xəbər xətti