Ukraynalı futbolçu "Çelsi"də qalacaq

13:18 - 12 Aprel 2024

Ukrayna millisinin üzvü Mixail Mudrik "Çelsi"də qalacaq.

Sportal.az xəbər verir ki, "Çelsi"nin vingeri bir çox təklifləri olmasına baxmayaraq, qərarını qətiləşdirib.

Mudrik London klubundakı vəziyyətindən razı olduğu üçün “zadəganlar”ın düşərgəsini tərk etmək niyyətində deyil.

Ukraynalı futbolçu 2023-cü il yanvarın 15-də “Çelsi”yə keçib. O, 2031-ci il iyunun 30-na qədər İngiltərə klubuna məxsus olacaq.

Xəbər xətti