Salah Səudiyyə Ərəbistanı klubuna keçməyə hazırlaşır

09:34 - 21 Aprel 2024

Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubu yayda “Liverpul”un futbolçusu Məhəmməd Salahı transfer etmək üçün hərəkətə keçib.

Sportal.az "The Mirror"a istinadən xəbər verir ki, ərəblər misirli üçün Mersisayd klubuna 233 milyon avro ödəməyə hazırdır. 

Salah özü isə Yurgen Kloppun mövsümün sonunda komandadan ayrılacağı üçün "Liverpul"da qalmaq istəmir. 

31 yaşlı vinger bu mövsüm 38 matça çıxıb, 24 qol vurub və 13 asist edib. Onun "Liverpul"la müqaviləsi 2025-ci ilin iyunun 30-da başa çatacaq. 

Xəbər xətti