"Sabah" "Səbail"i məğlub etdi - YENİLƏNİB

19:52 - 27 Aprel 2024

Azərbaycan Premyer Liqasında 32-ci tura start verilib.

Sportal.az xəbər verir ki, bu gün bir qarşılaşma baş tutub.

"Sabah" öz meydanında "Səbail"i qəbul edib. Avrokuboklar uğrunda mübarizə aparan komandaların dueli Masazır təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Turun digər oyunları 28-29 aprel tarixlərində keçiriləcək.

Azərbaycan Premyer Liqası, 32-ci tur

18:00. "Sabah" - "Səbail" 2:0
Qollar:
Con İrasabal, 22, Cesse Sekidika, 39
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov
VAR: Rauf Allahverdiyev
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Emin Cəfərov
“Bank Respublika Arena”, 18:00

Xəbər xətti