"Sabah" final seriyasında önə keçdi

10:54 - 23 May 2024

"Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL)  final seriyasının üçüncü oyunu baş tutub.

Sportal.az xəbər verir ki, "Sabah" və "Xəzri" komandaları arasında final seriyasının üçüncü oyunu bərabər mübarizə şəraitində başlayıb. Daha sonra üstünlüyü ələ keçirən "Sabah" yekunda 75-59 hesablı önəmli qələbə qazanıb.

Bu qələbə ilə "Sabah" final seriyasının ümumi hesabında 2-1 önə keçib.

Ən məhsuldar basketbolçular: "Sabah" (Mayk Holton - 21 xal, 4 asist), "Xəzri" (Cordan Perkins - 16 xal, 7 ribaund) 

Qeyd edək ki, final seriyasının dördüncü oyunu 24 may tarixində keçiriləcək.

Xəbər xətti