Qasperini: "Nəyi qazandığımız deyil, necə qazandığımız önəmlidir"

12:36 - 23 May 2024

"Atalanta" Avropa Liqasının finalında "Bayer"i məğlub edərək turnirin qalibi olub.

Sportal.az xəbər verir ki. Berqamo təmsilçisinin baş məşqçisi Can Pyero Qasperini oyundan sonra açıqlama verib. İtalyan mütəxəssis qürürlu olduqlarını bildirib:

"Nəyi qazandığımız deyil, necə qazandığımız önəmlidir. Premyer Liqanın zirvəsində olarkən "Liverpul"u məğlub etdik. Daha sonra Portuqaliya çempionunu mübarizədən kənarlaşdırdıq. İndi də Almaniya çempionuna qalib gəldik. Qürurluyuq".

Xəbər xətti