"Zirə", "Sabah" və "Sumqayıt"ın avrokuboklardakı rəqiblərinin açıqlanacağı tarix bəlli oldu

10:49 - 26 May 2024

Azərbaycan klublarının UEFA Avropa Liqası və Konfrans Liqasındakı rəqiblərinin açıqlanacağı tarix bəlli olub. 

Sportal.az xəbər verir ki, iyunun 18-19-da həm Avropa Liqası, həm də Konfrans Liqasının püşkatma mərasimi keçiriləcək.

Mövsümün yekunlarına əsasən ölkəmizi Avropa Liqasında "Zirə", Konfrans Liqasında isə "Sabah" və "Sumqayıt" təmsil edəcək. "Zirə" AL-də birinci təsnifat mərhələsindən, "Sabah” və "Sumqayıt" isə Konfrans Liqasına II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. 

Xəbər xətti