İspaniya klubunda yeni baş məşqçi

20:12 - 27 May 2024

İspaniyanın "Osasuna" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, La Liqa təmsilçisini Visente Moreno çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

49 yaşlı mütəxəssislə 2024/2025 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Visente Moreno məşqçilik karyerası ərzində "Xeres", "Ximnastik", "Malyorka", "Espanyol", "Əl-Şabab" və "Almeriya"nı çalışdırıb.

Xəbər xətti