"Neftçi"nin legionerini Rumıniya klubu transfer etmək istəyir

15:58 - 10 İyun 2024

"Neftçi"nin legioneri Yuri Matias daha bir Rumıniya klubunun transfer siyahısına daxil edilib.

Sportal.az saytına verilən məlumata görə, "ağ-qaralar"ın aparıcı üzvünü indi də "Şepsi" heyətinə qatmaq istəyir.

Rumıniya klubunun baş məşqçisi Bernd Stork braziliyalı müdafiəçini sərəncamında görmək niyyətindədir. 

Bu barədə isə almaniyalı mütəxəssis rəhbərliyə də məlumat verib. "ÇFR Kluj"un da transfer siyahısında yer alan Matiasın mövsümə "Neftçi"də başlayıb-başlamayacağı hələ ki, dəqiq deyil.

29 yaşlı futbolçu “Amerika”, “Akademika de Koimbra”, “Traktor”, “Qaz Metan” klubunlarında oynayıb.

2023-cü il iyulun 18-də "Neftçi"yə keçmiş Matias 2025-ci il iyunun 30-na qədər bu kluba məxsusdur.

Xəbər xətti