"Milan" və "Atletiko" "Qalatasaray"ın futbolçusu üçün danışıqlara start verdi

13:09 - 11 İyun 2024

Türkiyə millisinin və "Qalatasaray"ın üzvü Kerem Aktürkoğlu növbəti mövsümə İtaliya və ya İspaniyada başlamaq şansına sahibdir.

Sportal.az "Fanatik"ə istinadən xəbər verir ki, hazırda "Atletiko" və "Milan" türkiyəli uğrunda mübarizə aparır.

Hər iki klub Türkiyə çempionu ilə danışıqlara başlayıb. Keremin "Milan"a keçməkdə maraqlı olduğu iddia edilir.

"Qalatasaray" futbolçusu üçün 18 milyon avro tələb edir. Keremin İstanbul klubu ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.

Xəbər xətti