"Zirə"nin sabiq futbolçusunun Azərbaycan klubuna keçidi reallaşmadı

10:49 - 13 İyun 2024

Rusiyanın “Akron”(Tolyatti) klubunun Nemanya Ancelkoviçin Azərbaycan klubuna keçidi baş tutmayıb. 

Sportal.az saytına verilən məlumata görə, serbiyalı futbolçuya Premyer Liqa klublarımızdan təklif olub.

Lakin maliyyə məsələlərinə görə keçid reallaşmayıb. Onu istəyən komandalardan biri “Səbail” olub.

Ancelkoviçin formasını geyindiyi “Akron” yeni sezondan Premyer Liqada mübarizə aparacaq. 

“Səbail”in maliyyə təklifi Ancelkoviçi razı salmadığı üçün onun Azərbaycana qayıdışı baş tutmayıb. Nemanya 2023-cü il iyulun 3-də Rusiya klubu ilə anlaşıb və 2026-cı il iyunun 30-na qədər “Akron”a məxsusdur. O, 2021-ci ildən 2023-cü ilə qədər “Zirə”nin formasını geyinib.
 

Xəbər xətti