Fernandu Santuşa azərbaycanlı məşqçilər kömək edəcək 

11:22 - 13 İyun 2024

Azərbaycan milli komandasının yeni baş məşqçisi Fernando Santuş ölkəmizə öz köməkçiləri ilə gələcək.

Sportal.az saytına verilən məlumata görə, dörd portuqaliyalı məşqçidən savayı, ona daha üç azərbaycanlı kömək olacaq.

Santuşun köməkçilərindən biri Arif Əsədov, digəri isə Kamran Ağayevdir. Onlarla yanaşı daha bir yerli mütəxəssis Santuşla çalışacaq.

Hələ ki, onun kimliyinə aydınlıq gəlməyib.
 

Xəbər xətti