"Qarabağ"ın futbolçuları "Zirə"də qaldı

13:19 - 13 İyun 2024

İsmayıl İbrahimli və Rüstəm Əhmədzadə "Zirə"də qalacaq.

Sportal.az xəbər verir ki, hər iki futbolçu daha birillik icarəyə götürülüb.

"Qarabağ"a məxsus futbolçular növbəti mövsümün sonuna qədər Bakı klubunda çıxış edəcəklər.

“Zirə” bundan əvvəl Dimitrios Çantakias, İlkin Muradov, Sezar Meza Kolli, Vladislav Kulaç və Rəhim Sadıxovla yollarını ayırmışdı.

Xəbər xətti