Almaniya AVRO-2024-ün açılış matçında Şotlandiyanı darmadağın etdi - VİDEO

01:04 - 15 İyun 2024

Almaniyada AVRO-2024-ə start verilib.

Sportal.az xəbər verir ki, A qrupunda yer alan meydan sahibləri Şotlandiya ilə üz-üzə gəlib. 

Münhendəki "Alyanz Arena"da baş tutmuş matçda almanlar rəqibini 5:1 məğlub edib. 

Qrupun digər matçı isə Macarıstan və İsveçrə yığmaları arasında keçiriləcək.

AÇ-2024
A qrupu
14 iyun

Almaniya – Şotlandiya 5:1
Qollar
: Virts, 10. Musiala, 19. Haverts, 45+1-pen. Füllkruq, 68. Emre Can, 90+3 – Rüdiger, 87-öz qapısına.
Qırmızı vərəqə: Porteous, 44 (Şotlandiya).
Baş hakim: Kleman Türpen (Fransa).
Münhen, “Alyanz Arena”.

Xəbər xətti