Türkiyəli məşqçi Azərbaycanın II Liqa klubu ilə müqavilə imzaladı

13:33 - 15 İyun 2024

Azərbaycan II Liqası təmsilçisi "Füzuli"nin yeni baş məşqçisinin adı bəlli olub. 

Sportal.az klubun mətbuat xidmətinə isitnadən xəbər verir ki, aşağı liqa klubuna türkiyəli mütəxəssis İbrahim Uzunca rəhbərlik edəcək.

Uzunca ilə üç illik müqavilə imzalanıb.

Qeyd edək ki, 62 yaşlı məşqçi "Lokomotiv"(Biləcəri), "Bakı", "Şahdağ"(Quba) və "Xan Lənkəran", "Adana Demirspor", "Kayseri Erciyesspor", "Pozantı Genclik", "Kadirli Demir" və "Osmaniyespor" klublarının baş məşqçisi postunda çalışıb.

Xəbər xətti