Azərbaycan millisində oynamış futbolçu karyerasını başa vurdu - FOTO

09:49 - 19 İyun 2024

Ötən mövsümə qədər "Səbail"in kapitanı olmuş Ağabala Ramazanov karyerası ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasında da oynamış Ramazanov aktiv futbolçu karyerasını başa vurub.

O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib. 2023/2024 mövsümünün gedişində ağır zədə almış Ağabala sezonun qalan hissəsini oynaya bilməmişdi.

Xəbər xətti