"Fənərbaxça" müdafiəçi transfer etdi - RƏSMİ

15:10 - 21 İyun 2024

Türkiyənin "Fənərbaxça" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, "saqrı-lacivərtlilər" İstanbulun digər klubunda çıxış edən Levent Mercanı rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı sol cinah müdafiəçisi ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Fatih Karagümrük" Levent Mercanı 2022-ci ilin iyul ayında "Şalke"dən transfer etmişdi. Türk futbolçu ötən mövsüm komandanın heyətində meydana çıxdığı 39 rəsmi matçda 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti