Malta millisinin qapıçısı Azərbaycana gəlir

10:44 - 23 İyun 2024

“Zirə”nin Avropa Liqasının birinci təsnifat mərhələsindəki rəqibi “Şerif” yeni qapıçı transfer edib.

Sportal.az xəbər verir ki, Tiraspol təmsilçisi Malta millisinin üzvü Raşed Əl-Tumi ilə anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı qolkiperlə bir illik müqavilə imzalanıb. O, karyerası ərzində “Noçerina”, “Sliema Vondarers” kimi komandalarda da çıxış edib.

Xəbər xətti