Daha bir klub rəsmisi "Neftçi"dən ayrıldı - SON DƏQİQƏ

18:13 - 8 İyul 2024

“Neftçi”də növbəti ayrılıq yaşanıb. Daha bir klub rəsmisi komandadan ayrılıb.

Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, söhbət mətbuat xidmətinin rəhbəri Emin Əfəndidən gedir.

Emin bəy müxtəlif illərdə futbol üzrə Azərbaycan Kubokunun finallarının açılış və bağlanış mərasimlərinə təşkilatçılıq edib, futbol verilişlərinin layihə rəhbəri olub.

Xalq artisti Miri Yusifin prodüseri kimi çalışıb.

O, ötən ilin yayı “ağ qaralar”da mətbuat xidmətinin rəhbəri postuna gətirilmişdi.

Xəbər xətti