Millimiz Avropa çempionatına Ermənistanı darmadağın edərək başladı

17:34 - 9 İyul 2024

Cəbəllütariqdə 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı C divizionunda millimizin ilk qrup oyunu baş tutub.

Sportal.az xəbər verir ki, A qrupunda qərarlaşmış millimizin ilk rəqibi Ermənistan seçməsi olub. Oyuna sürətli başlayan qızlarımız rəqib Ermənistan yığmasını 86-59 hesablı məğlubiyyətə uğradıb. Qarşılaşmanın ən məhsuldar basketbolçusu millimizin üzvü Angelina İsmayılova (26 xal, 6 ribaund) seçilib.

Millimizin qrupdakı növbəti oyunu 10 iyul tarixində Bakı vaxtı ilə saat 12:30-da Gürcüstan yığmasına qarşı olacaq.

Xəbər xətti