Millimizin baş məşqçisi məlum oldu

17:55 - 26 Avqust 2024

Azərbaycanın minifutbol üzrə U-23 millisinin baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, yığma Rəcəb Fərəczadəyə tapşırılıb. Bu barədə Azərbaycan Minifutbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Mütəxəssis oktyabrın 7-10-u aralığında Xorvatiyada keçiriləcək dünya çempionatında komandaya rəhbərlik edəcək.  R.Fərəczadənin köməkçiləri Tural Nərimanov və Natiq Kərimi təyin olunub. 

Xəbər xətti