Luis Suares Uruqvay milli komandasındakı gələcəyi ilə bağlı qərar verib.
Sportal.az saytını məlumatına görə, "İnter Mayami"nin hücumçusu yığmadakı karyerasını başa vuracaq. 37 yaşlı forvard bu barədə özü açıqlama verib.
Təcrübəli futbolçu sentyabrın 7-də Amerika Kubokunun seçmə mərhələsinin Paraqvayla matçında sonuncu dəfə millinin heyətində meydana çıxacaq.
Qeyd edək ki, Luis Suares 2007-ci ilin fevral ayında debüt edib. Ulduz futbolçu yığmada keçirdiyi 142 rəsmi matçda 69 qol və 39 məhsuldar ötürmə ilə yadda qalıb. O, ölkəsi ilə bir dəfə Amerika Kubokunun qalibi olub.
saytlarin hazirlanmasi